Rafiq Hüseynov yenidən əməliyyat olunacaq

OXUNUB: 1019 MƏDƏNİYYƏT

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunacaq.

İcmal.Az azvision.az-a istinadən bildirir ki, bu barədə diktorun xanımı Səbinə Hüseynli məlumat verib. O bildirib ki, R.Hüseynov yarım saatdan sonra əməliyyata alınacaq. 

S.Hüseynlinin sözlərinə görə, hazırda diktorun vəziyyəti normaldır. 

 

Qeyd edək ki, xalq artisti bundan öncə də bağırsağından əməliyyat olunub. Bu gün isə diktorun bağırsağından ikinci əməliyyat həyata keçiriləcək. R.Hüseynov, həmçinin ağciyər xərçəngindən əziyyət çəkir.

İcmal.Az

RƏYLƏR