“Rahat” market müştərilərin cibinə belə girir – Fakt - FOTO

OXUNUB: 389 GÜNDƏM İQTİSADİYYAT
Müştərilərin "Rahat” marketlər şəbəkəsindən şikayətləri artmaqdadır. Reportyor.info-nun verdiyi xəbərə görə, bu dəfə istehlakçı Arzu Qocayev fırıldaqla üzləşib.
Onun sözlərinə görə, "Rahat” marketdən alış-veriş edəndə səbətə bütün məhsulların qiymətini hesablayaraq yığdım: "Məndə məbləğ 47.90 AZN göstərdi, dəqiq hesablamışam. Kassada isə yekun məbləğ 57.06 AZN oldu. Administrator çağırdım, belə bir hal olduğunu söylədim. Min bir bəhanə ilə, guya endirimli mallar var, onların qiyməti sistemdə yenilənməyib, bəzi mallarda qiymət artımı olub, vitrində qiymət yenilənməyib və.s) haqq qazandırmağa çalışdı”.

Müştəri deyir ki, görün, gün ərzində daha böyük məbləğdə alış-verişlərdə minlərlə vətəndaşın cibinə necə girirlər:”Bu ağır, çətin zamanda əhalinin pulunu necə oğurlayırlar? Qeyd edim ki, bundan öncə də bu mağazalar şəbəkəsində eyni hallarla bağlı sosial şəbəkələr üzərindən etirazlar olub” ./teref
 
 

RƏYLƏR