Raket bölmələri praktiki atışlar keçiriblər - FOTO/VİDEO

OXUNUB: 158 SİYASƏT

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib.

Bu barədə İcmal.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.

Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}