Ramazanın ilk günü Əfqanıstanı qana boyadılar — 28 nəfər həlak oldu

OXUNUB: 713 DÜNYA
Ramazan ayının ilk günü Əfqanıstanda terror hadisəsi baş verib.


Əfqanıstanda futbol meydançasının kənarına yerləşdirilən bombalı avtomobilin partlaması nəticəsində 14 nəfər həlak olub. Müqəddəs Ramazan ayının ilk günü baş verən terror hadisələrində ümumilikdə 28 nəfər həlak olub.

Taliban qruplaşmasının Əfqanıstandakı hücumları getdikcə artır. Verilən xəbərə görə, fubol meydançasının yanında baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şimali-qərbdə isə terrorçular təhlükəsizlik xidməti əməkdaşlarına hücum ediblər. Silahlı toqquşmada 6 hərbçi, 8 nəfər mülki vətəndaş həlak olub. 22 terrorçu qətlə yetirilib./olke.az
 

İcmal.Az

RƏYLƏR