Ramil Quliyev "Almaz liqası"nda ikinci oldu

OXUNUB: 1398 İDMAN
Azərbaycan əsilli atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyası İttifaqı tərəfindən təşkil edilən "Almaz liqası"nda mübarizə aparıb.

7News.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Brüsseldə baş tutan yarışda Türkiyəni təmsil edən idmançı 200 metr məsafəni 19,74 saniyəyə qaçaraq 2-ci yeri tutub. 

Amerikalı atlet Noah Layls 19,86 saniyə nəticə ilə birinci olub. Kanadalı Andre de Qrasse isə 19,87 saniyə ilə yarışı 3-cü yerdə tamamlayıb.

Qeyd edək ki, Dünya və Avropa çempiona olan Ramil Quliyev "Almaz liqası"nda bu mövsüm ərzində ən yaxşı nəticəsini əldə edib.

İcmal.Az

RƏYLƏR