Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

OXUNUB: 677 HADİSƏ

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovavqustun 26-da Şəki Şəhər Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

        

Qəbulda Şəki  də daxil olmaqla ətraf 6 şəhər və rayondan, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 38 nəfər iştirak edib.

 

Vətəndaşları dinləyən nazir onları narahat edən problemlərin operativ, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

 

Müraciətlərin böyük əksəriyyəti yerində həllini tapıb.

 

 

İcmal.Az

RƏYLƏR