Ramin Musayev: Mərc oyunlarına külli miqdarda pul yatırıblar

OXUNUB: 722 İDMAN

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” – "Keşlə” oyununun böyük qalmaqala səbəb olması və meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olması və bu əsasla "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra hər iki futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İcmal.Az Ucnoqta.az-a istinadən xəbər verir ki, saxlanılan futbolçular haqda hazırda araşdırma aparılır.

Baş verən olayla bağlı açıqlama verən PFL prezidenti Ramin Musayev olayın oyun alqı-satqısı səbəbindən deyil, mərc oyunlarına pul qoyulması və bu səbəbdən məcburi uduzmaqdan söhbət getdiyini bildirib.

"Hazırda biz də futbolu izləyirik. 38-ci dəqiqədir. Hələlik şübhəli məqam yoxdur. Saytlarda oyun alqı-satqısı ilə bağlı məlumat yayılsa da, əslində, belə deyil. Burada oyun alqı-satqısından yox, adları çəkilən və hələlik qalanları bəlli olmayan şəxslərin həmin oyunla bağlı mərc oyunlarına külli miqdarda pul yatırmasından və bu səbəbdən məğlub olmalarından söhbət gedir. Araşdırma gedir. Nə baş verib, bəlli olacaq”.

Jurnalistin "Həbs edilən iki futbolçunun menecerinin bacınız oğlu olduğu qeyd edilir" sualına isə Ramin Musayev belə cavab verib: "Polad mənim bacım oğlu deyil, dayım nəvəsidir.Qaldı ki onun həbs olunan futbolçuların meneceri olmasına, bunun məsələyə heç bir aidiyyəti yoxdur.

İcmal.Az

RƏYLƏR