Ramiz Mehdiyevin nəvəsinin toyunda rəqs edən Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti- İDDİA

OXUNUB: 5267 MARAQLI

Xəbər verdiyimiz kimi, cəmiyyətdə böyük səs-küyə səbəb olan AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni video görüntülər yayılıb. Görüntülərdə karantin qaydalarına zidd olaraq baş tutan bu toyda iştirak edən bir sıra digər qonaqların kimliyi də bəlli olub.

Eyni zamanda toyda həvəssiz və məcburi iştirak etdiyi iddia olunan Ombudsman Səbinə Əliyevanın məclisdə böyük həvəslə rəqs etməsi diqqətləri çəkib.

Ancaq diqqətləri çəkən yalnız Səbinə Əliyevanın toyda aktiv iştirakı və rəqsi deyil.

Bu xüsusda diqqətli oxuculardan biri Editor.az-ın redaksiyasına maraqlı məlumat göndərib. Oxucunun iddiasına görə, Ombudsman Səbinə Əliyevanın toyda geyindiyi libas məşhur "Valentino” brendindəndir.

Oxucu qeyd edir ki, bu geyim həmin brendin Fashion V-Neck Lace Dress seriyasındandır. İddiaya görə, məşhur "Valentino” brendinin məlum seriyasından olan geyimlərin qiyməti 2860 dollardan (4862.00 AZN) başlayır. Oxucu öz iddiasını göndərdiyi fotofaktlarla əsaslandırıb.

Maraqlıdır ki, aylıq maaşı təxminən 2500 manat civarında olan hörmətli Ombudsmanımız həqiqətənmi bir geyiminə bu qədər vəsait xərcləyir?!

Mövzu ilə bağlı qarşı tərəfində də mövqeyini dərc edə bilərik.

//Editor.az

https://editor.az/public/uploads/2020/08/editor_cc5b8bc4573cbd5adcba4dc376314973_akspu6of8qc9vb0ger23-300x269.jpg 300w, https://editor.az/public/uploads/2020/08/editor_cc5b8bc4573cbd5adcba4dc376314973_akspu6of8qc9vb0ger23-1024x917.jpg 1024w, https://editor.az/public/uploads/2020/08/editor_cc5b8bc4573cbd5adcba4dc376314973_akspu6of8qc9vb0ger23-768x688.jpg 768w" sizes="(max-width: 1080px) 100vw, 1080px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; margin: 5px 20px 20px 0px;" />

 

https://editor.az/public/uploads/2020/08/editor_a00d3b11160e64c9cf3948ee7689154e_ouar2nqc5p38w0f7bm1l-212x300.jpg 212w, https://editor.az/public/uploads/2020/08/editor_a00d3b11160e64c9cf3948ee7689154e_ouar2nqc5p38w0f7bm1l-722x1024.jpg 722w, https://editor.az/public/uploads/2020/08/editor_a00d3b11160e64c9cf3948ee7689154e_ouar2nqc5p38w0f7bm1l-768x1089.jpg 768w" sizes="(max-width: 1080px) 100vw, 1080px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; margin: 5px 20px 20px 0px;" />

RƏYLƏR