“Real”ın kapitanı oyun zamanı ayaqyoluna gedib

OXUNUB: 938 İDMAN

Madridin "Real” komandasının kapitan və müdafiəçisi Serxio Ramos "Eybar”la İspaniya çempionatı zamanı ayaqyoluna qaçıb.

7NEWS.Az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, futbolçu baş hakimin yanına qaçaraq ona nəsə söyləyib.

Az heyətlə oynayan "Real”ın hesabı dəyişməyib. Lakin müdafiəçi meydana qayıdan zaman Madrid komandası qələbə topunu vurub.   

Matçdan sonrakı mətbuat konfransı zamanı baş məşqçi Zinəddin Zidan futbolçunun tualetə qaçdığını bildirib:

"O, bir az incidi. Serxio təcili olaraq ayaqyoluna getməli idi. Buna görə də soyunma otağına qaçdı və tezliklə meydana qayıtdı”.

Ramos isə Twitter hesabında olanları təsdiqləyib: "Təbiət çağırır. Getdim-qayıtdım. Güc topladım. Qol vurdum. Evimizə qayıdırıq. Belə saxlamalı”.

RƏYLƏR