Reanimasiyada olan xalq artistimizdən ÜZÜCÜ XƏBƏR: Artıq böyrəkləri də... - FOTO

OXUNUB: 8644 HADİSƏ
Xəbər verdiyimiz kimi, Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

ICMAL.AZ xəbər verir ki, xanəndinin səhhəti haqqında oxu.az-a məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.

"O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri, invaziv kardioloq Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur”, - deyə S.Hənifəyeva bildirib.

A.Abbasəliyev isə oxu.az-a açıqlamasında bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur”.

Reanimasiyada olan xalq artistimizdən ÜZÜCÜ XƏBƏR: Artıq böyrəkləri də... - FOTO

RƏYLƏR