Rəcəb Babaşovun göstərişi ilə Qazaxda "yaşıl terror"a yenidən başlanıldı (VİDEOFAKT)

OXUNUB: 681 GÜNDƏM HADİSƏ
Xəbər verdiyimiz kimi. ötən il Qazax rayonunda "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağacları kütləvi şəkildə məhv edilib. Rayonun icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib.  Ağaclar məhv edildikdən sonra həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, rayon icra baçısı Rəcəb Babaşovun göstərişi ilə, bir müddət fasilədən sonra həmin ərazidə "yaşıl terror"a start verilib. 

Ərazidəki arxa gələn suyun qarısı qəsdən kəsilərək ağacları qurudan icra başçısı və nümayəndələri qalan 2-3 ağacı da doğratmaq fikrinə düşüb.  

Səbəbi həmin əraziyə müştərinin çıxmasıdır.  

Maraqlıdır ki, ötən il "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağacları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir əncam çəkməyib: 

Ötən il kəsilən ağacların videosu:/32gun.az
 

RƏYLƏR