Redaktorun qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub-jurnalistə 3 gün zəng edib - FOTO

OXUNUB: 503 HADİSƏ
Dünən axşam saatlarında Şəmkir rayonun Qədim Qala kəndində "Qərb bölgəsi press qəzetinin və Qərb Tv" internet televizyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub. 7 NEWS.az- ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən hadisə dünən axşam təxminən saat 20-00 radələrində baş verib.Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyyəsinə atəş açaraq öldürüb. Bəxtiyar Əliyevin anası Zahidə Aslanova 7NEWS.az-ın  bölgə müxbirinə bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara  dəfələrlə zəng edib.

"Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən Vasifə zəng etdim və nə istədiyini, Bəxtiyarı niyə aradığını soruçdum. Dedi ki, heçnə onunla üz-üzə görüşmək istəyirəm. Nə məsələ olduğunu isə mənə demədi. Dünən gecə isə oğlumu öldürdü"- deyə  Z.Aslanova bildirib. 

Bir digər məlumata görə, hadisəyə səbəb Bəxtiyar Əliyevin öz dayısı, qətli törədən Vasifin isə əmisi olan Mayıs adlı şəxsi həbs  etdirməyə çalışması  iddiasıdır. Məlumat üçün bildirək ki, hadisədən sonra Vasif Aslanov polisə təslim olub.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.

 
 

RƏYLƏR