“Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi uğurla davam edir.

OXUNUB: 792 SOSİAL
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi uğurla davam edir. 
Layihədə tərəfdaş olaraq "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyəti ilə birgə Bakı şəhəri o cümlədən, Lənkəran, Gəncə, Bərdə və Xaçmaz rayonlarında  yaş məhdudiyəti olmadan müraciət edən vətəndaşlara ÖDƏNİŞSİZ ilkin psixoloji kosultasiyalar aparılır.
  Layihə çərçivəsində  hal-hazırda 01 avqust tarixindən bu günə qədər  108 nəfər vətəndaş müraciət edib.
 Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi düzgün ailə psixologiyası modulunu problemli ailələrə aşılamaq, düzgün münasibətlər üzrə psixoloji maarifləndirməni aşılamaq, ailə daxili münaqişələrin aradan qaldırılmasına dəstək vermək, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirləri genişləndirmək  və münaqişəli ailə münasibətlərinin uşaqlara psixoloji cəhətdən təhlükəli zərbə olduğunu bildirməkdir.
 

RƏYLƏR