“Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi uğurla yekunlaşdı.

OXUNUB: 1246 SOSİAL
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi uğurla yekunlaşdı. 
Layihədə tərəfdaş olaraq iştirak edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyəti ilə birgə yekun iclas keçirilib.
  İclasda layihə rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva, psixoloqlar və layihənin işçi qrupu iştirak ediblər.
   Əvvəlcə iclası Təranə Paşayeva açaraq, layihənin uğurla yekunlaşdığını bildirib və qeyd edib ki, hal-hazırda layihə çərçivəsində görülən işlər təhlil olunur.
  Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verib və bildirib ki, layihə çərçivəsində görülən bütün işlərin hesabatı hazırlanıb Şuraya təqdim ediləcəkdir. 
Qeyd edək ki, layihədə 120 nəfər vətəndaşa psixoloji xidmət göstərmək bildirilmişdir. Ancaq, layihəyə çoxsaylı vətəndaş müraciətini nəzərə alaraq layihdə 530 nəfər vətəndaşa psixoloji xidmət göstərilib.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi düzgün ailə psixologiyası modulunu problemli ailələrə aşılamaq, düzgün münasibətlər üzrə psixoloji maarifləndirməni aşılamaq, ailə daxili münaqişələrin aradan qaldırılmasına dəstək vermək, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirləri genişləndirmək  və münaqişəli ailə münasibətlərinin uşaqlara psixoloji cəhətdən təhlükəli zərbə olduğunu bildirməkdir.
 

RƏYLƏR