"Regionlarda Sosial İqtisadi məsələlər üzrə layihə təkliflərinin hazırlanması ilə bağlı təlimlərin təşkili” keçirilib - ŞƏMKİRDƏ

OXUNUB: 790 QHT
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi 1-ci Maliyyə Yardımı müsabiqəsinin nəticəsinə əsasən "Regionlarda Sosial İqtisadi məsələlər üzrə layihə təkliflərinin hazırlanması ilə bağlı təlimlərin təşkili” layihəsi ilə qalib olmuş, "Sosial İqtisadi və Elmin İnkişafına Dəstək” İctimai Birliyi, ”Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə  Samux rayon Heudər Əliyev Mərkəzində,Tovuz rayon Gənclər evində, Şəmkir rayonunda yerləşən "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində və Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində layihənin  təlimləri keçirildi.
Layihənin əsas məqsədi regionlarda gənclərin və QHT-lərin inkişaf etdirilməsi, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması, onların müxtəlif qrant müsabiqələrdə iştirak etmələrinə dəstək olmaqdan ibarətdir.
 
İcmal.Az

RƏYLƏR