Rəisin qardaşı oğlunun qəza anı - Video

OXUNUB: 39 GÜNDƏM Özəl HADİSƏ

Bakıda DYP-nin bölmə rəisinin qardaşı oğlunun öldüyü yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Xatırladaq ki, avqustun 2-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza olub. İki minik maşını avtobusla toqquşub.

Avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.

Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

APA

RƏYLƏR