"Reklam üçün boşanma xəbərimizi yaydım" - Tünzalə yalan danışıb

OXUNUB: 34 ŞOU-BİZNES
Əməkdar artist Tünzalə Əliyeva yayılan boşanma xəbəri haqda gözlənilməz açıqlama verib.

Aktrisa "Bizimləsən" verilişində bildirib ki, piar üçün özü haqda yalan xəbər yaydığını eyiraf edib:

"Əslində boşanma xəbərini özümüz yaydıq. Bir veriliş edirdik, piar üçün belə addım atdıq. Həmin hadisədən illər keçdi, ona görə məsələni açıram. Yoldaşımla razılaşdıraraq belə xəbər yaydım. Bir verilişdə müsahibə verdim. Dedim ki, "deyirlər boşanmışam". Montaj edib anonsa "boşanmışam" sözümü saldılar. Bundan da xəbərim var idi, bilirdim belə ediləcək.

Verilişin anonsuna baxdılar, yayıldı. Amma proqram özü baxılmadı, tutmadı. Bu piar bizim əksimizə işlədi.

Veriliş efirə gedəndə rayonda işıq sönmüşdü, heç kim baxa bilməmişdi. Rayonda yoldaşımın qohumları çox pis olmuşdu. Ailə tərəfim rayon camaatıdır.

Məsuliyyətsiz formada özümə qara yaxdım. Reklam üçün yalandan boşanma xəbərimizi yaydım. Şükür ki, biz ailəmizi hələ də qoruyuruq. Verilişin reytinqli olması, pul qazanmaq üçün ailəmi təhlükə altına aldım. Həmin vaxt qayınatam, qayınanam, yoldaşım tərəf əziyyət çəkdi. İndi onlardan üzr istəyirəm".

Qeyd edək ki, "Toppuş bacı"nın söz etdiyi hadisə bir neçə il bundan əvvəl "Space" kanalında yayımlanan "Şou+" verilişində baş vermişdi.
 
İcmal.Az

RƏYLƏR