"Rektor 300 min manat rüşvət alıb"- İDDİA

OXUNUB: 1177 AZƏRBAYCAN HADİSƏ SOSİAL İQTİSADİYYAT
"Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov hələ də rüşvət almağa davam edir. Bu il müxtəlif kafedralara 30-a yaxın yeni müəllim işə götürüb. Onların hər biri GDU-ya işə düzəlmək üçün Y.Yusibova 10 min manat pul ödəyib".
İCMAL.az xəbər verir ki, bu iddia universitetin müəllimləri- Fizuli Fərəci, Fəxrəddin Həsənov və Gülsüm Fətəliyeva tərəfindən AFN-ə göndərilən məktubda qeyd olunub. Şikayətçilərin iddialarına görə, rektor bu il də tədris binalarının cari təmiri üçün fakültə dekanlarının hər birindən 2000 manat yul yığıb: "GDU-da 8 fakültə və 2 şöbənin olduğunu nəzərə alsaq, toplanan məbləğ 20000 manat vəsait edir. Y.Yusibovun başqa qeyri-qanuni əməlləri də var. Prezident İlham Əliyevin fərmanı ilə bizim universitetin tələbə yataqxanasının təmiri üçün 12 milyon manat ayrılıb. Bu qədər böyük pula yeni kompleks də tikmək olar. Lakin rektor sadəcə təmir üçün universitet büdcəsindən əlavə olaraq, 750 min manat vəsait də ayrılacağını bildirib".
Müəllimlər onu da iddia edib ki, GDU-da 30-a yaxın "ölü canlar" sayılan işçinin adına maaş yazılır və əmək haqqı kartlarını univesitet rəhbərliyi özündə saxlayır.
Qeyd olunan iddialarla bağlı dəfələrlə cəhd etsək də, Gəncə Dövlət Universiteti və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə yarada bilmədik.

RƏYLƏR