Rəqəm gücü ilə qurulan dünya - Anar Rəhimov RƏQƏMLƏRİN SEHRİNDƏN yazır

OXUNUB: 2266 KÖŞƏ MARAQLI AZƏRBAYCAN
Heç olubmu ki,özünüzə "niyə məhz bu rəqəm" sualını verəsiniz?Olmayıbsa,məncə ötəri yanaşmısınız.Bütün rəqəmlərlə bağlı maraqlı faktlar var.İstər təklik,onluq,istərsə də yüzlük,minlik olsun.Elə götürək 1-i.Kabbala və bəzi elmlərdə vahidlik,Yaradan anlamındadır.İki isə tamamlama,bütövlük.Gündüz-gecə,kişi-qadın mənalarına gəlir.Üçə gəlincə,atalar üçdən deyib.Zaman üçə bölünür-keçmiş,indiki və gələcək.Dörd deyəndə ağlımıza ilk gələn dörd ünsür,dörd fəsil və dörd okeandır.Pifaqor hədər yerə deməyib ki,"dünya rəqəmlərin gücü ilə qurulub".
 
 
 
Ən maraqlı rəqəmlırdən biri isə,bəlkə də birincisi 12-dir.Əvvəlcə bu rəqəmlə bağlı hamımıza bəlli olanları xatırladaq.İlimiz 12 aydan ibarətdir.Həm hicri,həm də miladi təqvimdə.Sutkamızın 12 saatı Günəşin payına düşür,yəni işıqlı keçir.12-si isə,qaranlığın.Romantiklərin təbilincə desək,bəxt üzümüzə güləndə ayla,ulduzların.Gedək bizim eradan əvvələ.Qədim Misirdə Günəş tanrısı Ranın gecələr cəhənnəmin 12 qapısında olduğunu deyirdilər.Yunan mifologiyasında isə,12 ilahi,ilahə və 12 titan olub.Yəqub peyğəmbərin 12 oğlu olub.Onlardan biri də zavallı yaşında qardaşlarının quyuya atdığı Yusif peyğəmbər.Həmin Misirin kölələyindən qövmünü xilas edən Musa peyğəmbərdən söz açıldıqda,12 rəqəmi daha da maraqlılaşır.Çünki Musa peyğəmbər əsası ilə firon və tərəfdaşlarının boğulduğu dənizdən yəhudilərçün 12 cığır açır və onlar qurtulurlar.Sonra Tih səhrasında onunla bərabər olanların susuzluqdan sınıxdığını görəndə həmin əsanı yerə vurur və 12 çeşmə peyda olur.
 
 
 
İnanca görə,yəhudilərin 12 tayfaya ayrılması eyni sayda fərqli çeşmələrdən ayrılıqda su içməklə başlayır.Biz ki,tolerantıq.Xristianlığa keçək.İsa peyğəmbərin 12 həvarisi olub.Bununla yanaşı indinin özündə də onun doğuluşu 12 gün qeyd olunur.Yeni il bayramı daxil.Əksər iddialara görə,Məsih dekabrın 25-i dünyaya gəlib.Yəni ilimizin 12-ci ayında.
 
 
 
Dinimizə qayıtsaq necə?Bəli,İslamı deyirəm.12 imam.Hədislərdə qeyd edilən axirət əlamətləri bulanıq olsa da nəzərə çarpan zamanımızda bu 12 aktuallaşıb.Çünki ibadət əhlinin çoxu İmam Mehdinin zühurundan ümidin kəsməyib.Onların dili ilə desək,yaxalarının küfrün əlindən çıxmağından əllərin üzməyiblər.12-ə aid misal bitmir ki,bitmir.Dalay Lamanın 12 şura üzvü,İngiltirənin 12 cəngavərdən ibarət dəyirmi masası və s.
 
 
 
Rəqəmlərin qeyri-adiliyi haqqında isə,3 fikir səslənir.Axı,niyə 12 sualına idealistlərin cavabı "Allah bilir".Materialistlər buna insanların yaranışdan psixoloji vərdiş donu geyindirir.Onların fikrincə,21-ci əsrin Novruzunda da tonqal qalanırsa,"ağırlığım-uğurluğum odda qalsın" deyilirsə,bu belədir.Bəziləri də,"əşi rəqəmdi də,gözüm aydın" deyib,üstündən keçir.Nəticədə mövzuya 3 fikir,3 münasibət yaranır. Və yenə də rəqəm yaranırsa,bir az dərin düşünək...

ANAR RƏHİMOV

RƏYLƏR