Rəqəmsal bank xidmətləri Expressbank-la daha rahatdır!

OXUNUB: 1028 İQTİSADİYYAT BANK
Nağdsız ödənişlərin sürətlə inkişaf etdiyi dövrdə Expressbank rəqəmsallaşma istiqamətində müştərilərinin rahatlığını təmin etmək məqsədi ilə günbəgün artan yeni texniki imkanlar təqdim edir. Belə ki, nəinki filiallarında yüksək xidmət, həm də onlayn bank xidmətləri sırasında çevik mobil həllər təqdim edən Expressbank, "Express24” mobil tətbiqi və "Expressbank Business” onlayn internet bankçılıq xidmətləri ilə həm fiziki, həm də hüquqi şəxslərin sevimli bankına çevrilmişdir.
Qeyd etmək kifayətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin II rübü ərzində "Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə əməliyyatların sayında 51% artım müşahidə edilib. Bankın fiziki şəxslər üçün təklif etdiyi "Express24” mobil bank tətbiqi vasitəsi ilə aparılan əməliyyatların sayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə, ötən rüb ilə müqayisədə isə 24% artım var. "Express24” mobil tətbiqindən istifadə edərək müştərilər kommunal, kredit ödənişləri ilə yanaşı həm cari, həm kart həm də əmanət hesablarını artıra bilər, istənilən ölkədaxili bank kartları arasında köçürmələr edə, hətta xarici bank kartlarına belə vəsait köçürə bilərlər. Bundan əlavə Express24 mobil tətbiqini yükləyərək, qeydiyyatdan keçmədən elə ilk səhifədən asanlıqla həm kart, həm də kredit sifariş etmək mümkündür. 
Expressbank həmçinin 2020-ci ilin II rübünü də xalis mənfəətlə başa vurmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 2 dəfədən çox artaraq 6 milyon 641 min AZN,  ümumi kapitalı isə ötən ilin sonu ilə müqayisədə 6% artaraq 121 286 000 təşkil etmişdir. Bu göstərici ilə bank Azərbaycan Bankları arasında ilk 10-luqda yer alır. Təsadüfi deyil ki, "FitchRatings” beynəlxalq reytinq agentliyi də ölkənin ilk kommersiya banklarından biri olan Expressbank-ın kredit reytinqini "B” səviyyəli "stabil” proqnozu ilə yenidən təsdiqləmişdir. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

RƏYLƏR