Rəqibini dodağından öpən boksçu qadın nokauta düşdü — VİDEO

OXUNUB: 877 İDMAN
Norveçin Stokk şəhərində keçirilən dünya üzrə boks yarışmasında bir neçə gün bundan əvvəl hər kəsin diqqətinə səbəb olan qadın idmançılar düyüşüblər.

Döyüşdə isveçli qadın boksçu Mikaela Lauren rəqibi norveçli Sesiliya Brekhus ilə qarşılaşıb. Döyüşün altıncı raundunda münasibətlərə aydınlıq gətirilib. Belə ki, Sesiliya Brekhus rəqibi Mikaela Laurenu texniki nokautla məğlub edib.

Qeyd edək ki, oktyabrın 10-da isveçli qadın boksçu Mikaela Lauren rəqibi norveçli Sesiliya Brekhusu baxış dueli zamanı dodağından öpüb. 36 yaşlı çempion 41 yaşlı Mikaelaya yüngül şillə və gülüşlə cavab verib.

İkinci yarım-orta çəkidə Ümumdünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə döyüş oktyabrın 21-də Norveçin Stokk şəhərində keçiriləcək. Qeyd edək ki, hazırda sadalanan bütün titulların sahibi Brekhusdur./olke.az
 
İcmal.Az



RƏYLƏR