Rəşad Nəbiyevdən vətəndaşa cavab - "Whereare you located?" - FOTO

OXUNUB: 637 Texnologiya
Sosial şəbəkədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin probleminin araşdırılmasını istəyən şəxsə maraqlı cavabı yayılıb.

Sosial şəbəkə istifadəçisi Cəlal Fərzəliyev "Facebook" üzərindən nazir Rəşad Nəbiyevə etdiyi müraciətə baxılmadığını, tapşırıqların icra edilmədiiyini yazıb.

Nazirdən isə ona verilən ingilis dilində cavab olduqca maraqlı - "Where are you located?" -( İndi siz hardasınız?) olub.

Cəlal Fərzəliyevin şəkili paylaşaraq yazdığı statusdan bəlli olur ki, nazirlik əməkdaşları bunu sildirməyə cəhd edib: "Xəbəri sildirməyi çalışmaqdansa sözünüzü çeynəyən qrum rəhbərlərinizi cəzalandırın. Bu foto bütün mövcudiyyətinizi kristal kimi əks etdirir"- deyə o yazıb./AMİA.AZ

Rəşad Nəbiyevdən vətəndaşa cavab -

RƏYLƏR