Rəşad Sadıqov: Elə ləkə yaxırlar ki, yaşamaq istəmirəm – VİDEO

OXUNUB: 926 İDMAN

Deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm.

İcmal.Az xəbər verir ki, bunu Rəşad Sadıqov "CBC Sport” kanalında yayımlanan "Bizim futbol” verilişində  Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, belə şayiə yayılmışdı ki, Azərbaycan millisinin Ukraynaya 0:6 uduzmasının səbəbkarı R. Sadıqov olub:  "Deyirlər ki, soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Adama ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq, yaşamaq belə istəmirəm”.

İcmal.Az

RƏYLƏR