Rəşad Sadıqovun millimizdə debüt oyunu – VİDEO

OXUNUB: 871 İDMAN

"Qarabağ”ın futbolçusu Rəşad Sadıqov 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçiriləcək oyunda sonuncu dəfə Azərbaycan yığmasının formasını geyinəcək.

İcmal.Az sportnet.az-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilk dəfə 2001-ci il oktyabrın 7-də, 2002-ci il dünya çempionatının seçmə mərhələsində Stokholmda İsveç yığmasına qarşı görüşdə millinin formasını geyinib.

Start heyətində yer alan Sadıqov 0:3 hesablı məğlubiyyətə üzülsə də, 16 illik yolda ilk addımını atıb.

İcmal.Az

RƏYLƏR