Rəşad Sadıqovun uğursuz debütü

OXUNUB: 1130 İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi oyununa çıxıb.

İcmal.Az-ın xəbərinə görə, Avropa çempionatının seçmə mərhələsində 5-ci qrupda yer alan millimiz səfərdə Kosovo komandasını qonağı olub.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kosovo yığmasının heyətində 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Ardian İsmayli fəqlənib.

Altı turdan sonra hesabında 1 xal Azərbaycan millisi qrupda sonuncu pillədə qərarlaşıb.

Yeddi oyun keçirən Kosovo komandası isə 10 xalla üçüncüdür.

İcmal.Az

RƏYLƏR