Rəsmi Seul Pxenyana hərbi danışıqların bərpa olunmasını təklif edib

OXUNUB: 787 DÜNYA

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına Koreya yarımadasında gərginliyin azaldılması üçün hərbi nümayəndələr arasında danışıqların aparılmasını təklif edib.

 İki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Mun Çje İn Almaniyaya səfəri zamanı irəli sürüb.

Əgər rəsmi Pxenyan təklifə müsbət cavab versə, danışıqlar iki dövlət arasında demilitarizasiya zonasında keçiriləcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, KXDR tərəfindən müsbət cavaba ümid edirlər.

Ehtimal olunur ki, hərbi danışıqlar iyulun 21-də keçiriləcək. Rəsmi Seul həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə dialoqu bərpa etmək təklifini irəli sürüb. /report

 

İcmal.Az

RƏYLƏR