Restoranda 154 minlik hesab ödədi – FOTO

OXUNUB: 982 ŞOU-BİZNES

Amerikalı repçi Cey Zi dostunun doğum günü partisində ödədiyi hesabla diqqət çəkib.

İfaçı ötən həftəsonu "Roc Nation Sports”un prezidenti Xuan Perezin ad gününə qatılıb.

"Page Six”in xəbərinə görə, beş nəfərin iştirak etdiyi partidə bir gecədə 40 şampan sifariş edilib. İçkiləri digər masalara da paylayan repçi 80 min 35 dollarlıq hesabdan əlavə, ofisiantlara da 11 min 100 dollar bəxşiş verib./oxu

Şampan şüşəsinin qiyməti isə 1200 dollar olub. Zi gecədə ümumi olaraq 91 min 125 dollar, təxminən 154 min 893 AZN hesab ödəyib.

Qeyd edək ki, Cey Zi dünya şöhrətli müğənni Beyonsun həyat yoldaşıdır.

İcmal.Az

RƏYLƏR