Rəsul Çunayev uduzdu - YENİLƏNİB

OXUNUB: 957 İDMAN
Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.

 
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.

R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR