Rihannanın ərəb sevgilisi evli çıxdı – FOTO

OXUNUB: 1203 ŞOU-BİZNES

ABŞ-ın dünyaca məşhur müğənnisi Rihannanın sevgilisi, Səudiyyə Ərəbistanından olan iş adamı Həsən Cəmilin (Hassan Jameel) rəsmi olaraq evli olduğu ortaya çıxıb.

Cütlük sevgi münasibətlərini 6 ay ərzində gizli saxlamağı bacarıb. Onlar bir müddət əvvəl İspaniya tətili zamanı paparazzilər tərəfindən hovuzda lentə alınan səmimi görüntüləri ilə gündəmə gəlib.

İş adamının aylıq gəliri 1,5 milyard dollardır. O, 2012-ci ildə Lina Lazaar ilə nikah bağlayıb.

Əcnəbi mətbuatda onların nişanlanması barədə xəbərlər yayılıb, lakin tərəflər bu barədə hələlik heç bir açıqlama verməyib.

 

İcmal.Az

RƏYLƏR