Riqa-Bakı aviareysi baş tutub

OXUNUB: 626 SOSİAL

Bu gecə Riqadan (Latviya) Bakıya uçarkən mühərrikində yaranmış problem səbəbindən geri qayıtmış "AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təxminən 6 saatlıq gecikmədən sonra Azərbaycan paytaxtına çatıb.

Bu barədəİcmal.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, təyyarə təxmiən yarım saat bundan əvvəl Azərbaycna paytaxtında yerə enib.

Xatırladaq ki, təyyarə Bakı vaxtı ilə ötən gün 23:15-də Riqa beynəlxalq hava limanından havaya qalxıb. Hava gəmisi təqribən 300-400 km uçduqdan sonra saat 00:30-da geri qayıdıb.

Təyyarənin sərnişinləri Riqa aeroportunun gözləmə zalına yerləşdirilib. Onlara isti şal, qida və su verilib. Bundan sonra "BT732" saylı aviareysin vaxtı dəyişdirilib. Yenidən uçuş Bakı vaxtı ilə bu gün saat 05:00-da baş tutub və 3 saatdan bir qədər çox davam edib. 

 

İcmal.Az

RƏYLƏR