Robert Patinsson müsəlman oldu – İDDİA

OXUNUB: 604 ŞOU-BİZNES

Dünya  şöhrətli gənc aktyor Robert Patinssonun müsəlman olması ilə bağlı xəbərlər yayılıb.

Bu iddiaların yaranmasına səbəb onun "New York Times”a verdiyi reportajda işlətdiyi sözlər olub: 

"2010-cu ildə Los-Ancelesdə gəzərkən qarşıma məscid çıxdı. İçəriyə girəndən sonra həyatım dəyişdi. Oradan çıxandan sonra ingilis dilində "Quran-i Kərim” alıb oxudum. Ancaq işlərimin çox olduğuna görə, İslam dini ilə bağlı araşdırmalarım yarımçıq qaldı. Bir il sonra evimi dəyişib yeni mənzilə köçəndə İslam dini haqda kitablarla qarşılaşdım. Bu, mənim üçün tam bir aydınlıq dövrü oldu. Məsələ ilə bağlı daha ətraflı danışa bilmirəm, çünki menecerim qadağa qoyub”, - deyə Robert Patinsson səmimi etiraf edib.

Qeyd edək ki, son illərdə bir çox Hollivud ulduzunun müsəlman olması ilə bağlı mediada xəbərlər çıxır. Bunların sırasında Jan Klod Van Dam və Lindsi Lohan da var./oxu

İcmal.Az

RƏYLƏR