Roma Papası Melaniya Trampdan ərinin nə ilə qidalandığını soruşub – VİDEO

OXUNUB: 677 DÜNYA

Roma Papası Fransisk Tramp ailəsi ilə görüşərkən ABŞ prezidentinin menyusu barədə sual verib.

Bu barədə "Associated Press” məlumat yayıb.

"Ona nə yedizdirirsiniz? Potisa (fındıqlı Sloveniya ruleti –red.)?”, - Pontifik Melaniya Trampdan soruşub. 

Birinci xanım söhbətin əslən olduğu Sloveniyanın ənənəvi yeməyindən getdiyini ilk olaraq anlamayıb. Jurnalistlər onun "potisa” sözünü "pizza” kimi eşitdiyini ehtimal edirlər. 

"Potisa? Ah, hə”, - deyə Melaniya Tramp gülümsəyib. 

"New York Times” Donald Trampın sevimli yeməyinin yaxşı qızardılmış steykin olduğunu yazmışdı. "Associated Press”in məlumatına görə, ABŞ prezidenti onu ketçup ilə yeməyi xoşlayır. /oxu

İcmal.Az

RƏYLƏR