Ronaldinyodan maraqlı addım: Eyni vaxtda iki qadınla evlənəcək

OXUNUB: 905 İDMAN

Dünya şöhrətli braziliyalı veteran futbolçu Ronaldinyo eyni vaxtda 2 qadınla evlənməyə hazırlaşır.

Veteran futbolçu avqust ayında nişanlıları Prisçilla Koelho və Beatriz Souza ilə evlənəcək.

Onlar dekabr ayından bəri Rio de Janeyroda yerləşən 5 milyon funt-sterlinq dəyərindəki evdə yaşayırlar. Futbolçu ötən ilin yanvarında hər iki sevgilisinə nişan üzüyü alıb. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək.

Ronaldinyonun bacısı Deysi poliqamiyanın əleyhinə olduğunu açıqlayaraq toyda iştirak etməyəcəyini deyib.

Braziliyalı müğənni Jorje Versillo toy mərasimində çıxış edəcək. /Qaynarinfo

İcmal.Az

RƏYLƏR