Ronaldo 24 saatda “Yuventus”a 52 milyon qazandırdı

OXUNUB: 1068 İDMAN

"Yuventus”un "Real”dan transfer etdiyi Kristiano Ronaldonun formalarına maraq böyükdür.

İcmal.Az APA-a istinadən məlumatına görə, portuqaliyalı superulduzun bir sutka ərzində satılan formasının sayı 520 mindir.

Bunun cəmi 20 mini mağazalardan alınıbsa, 500 min forma onlayn sifarişlə əldə edilib. Bir formanın qiymətinin 100 avro olduğunu nəzərə alsaq, "Yuventus” 24 saat ərzində Ronaldonun forma satışından 52 milyon avroluq qazanc götürüb. Turin klubunun rəhbərliyi bu gedişlə onun transferi üçün xərclədiyi 100 milyon avronu qısa müddətdə geri qaytaracaq.

 

İcmal.Az

RƏYLƏR