Ronaldo 5-ci dəfə ata olacaq - Fotolar

OXUNUB: 870 İDMAN

Futbolçu Kriştianu Ronaldo beşinci dəfə ata olacaq.

 
İcmal.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun model sevgilisi Corcina Rodriqez məlumat verib. 

Corcina yenə hamilə olduğunu açıqlayıb.

Qeyd edək ki, cütlük 2016-cı ildən görüşür. Bir il sonra cütlüyün qızı dünyaya gəlib. Bundan başqa, ötən il surroqat ana vasitəsilə ilə Ronaldonun Mateo və Eva adlı əkizi olub. Futbolçunun 8 yaşlı Ronaldo adlı daha bir oğlu var. 

Ronaldo ilə Rodrigezin bu il nikah masasına oturacağı deyilir. 



İcmal.Az

RƏYLƏR