Ronaldo haqda heç vaxt eşitmədiyiniz 12 fakt - Yeganə futbolçudur ki...

OXUNUB: 928 İDMAN

İcmal.Az Axşam.az-a  istinadən futbolçu Kriştiano Ronaldo haqda, bəlkə də, heç vaxt eşitmədiyiniz məlumatları verir:

 
1. Futbolçunun əsl adı Kriştianu Ronaldu duş Santuş Aveyrudur.

2. Ronaldonun anası aşbaz, atası bağban işləyib. İdmançı həmişə deyir ki, çox kasıb ailədə böyüyüb və 4 uşağın bir balaca otağı olub.

3. Kriştiano 14 yaşından məktəbdən qovulub və bir dha təhsili davam etdirməyib. Buna səbəb onun dərsdə müəlliminə stul atması olub. Ronaldo anasının məsləhəti ilə futbolla məşğul olmağa başlayıb.

4. 15 yaşında ürəyindən əməliyyat olunub.

5. Yeganə futbolçudur ki, bədənində döymə yoxdur. O, hər il qanvermə aksiyasında iştirak edir.

6. Portuqaliyada bir hava limanı onun adını daşıyır (2016-cı ildən).

7. Ronaldo eyni zamanda bizneslə də məşğuldur. O, 2006-cı ildə Madeyrada geyim butiki açıb. 2 il əvvəl isə elə vətənində hotel inşa etdirib.

8. O, nə içki içir, nə siqaret çəkir.

9. Onun müqavilə bağlayan hər bir futbol komandası buna görə milyard dollar ödəməli olacaq.

10. Xeyriyyə işləri ilə məşğul olan məşhurlardan biridir.

11. Onun surroqat anadan dünyaya gələn böyük oğlu hələ də anasının kim olduğunu bilmir.

12. Ronaldo "Nike" firması ilə ömürlük müqavilə bağlayıb.
 
İcmal.Az

RƏYLƏR