Ronaldodan REKORD: 38,6 km/saat sürətlə qaçdı - VİDEO

OXUNUB: 789 İDMAN

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.

Bu barədə Almaniyanın "One" kanalı məlumat versə də, bu, rəsmi olaraq öz təsdiqini tapmayıb.

Futbolçu iyunun 15-də keçirilən matçda əks hücum zamanı bu sürəti yığıb, lakin hücum qol ilə nəticələnməyib.

Hazırda yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.

Portuqaliya-İspaniya matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Ronaldo oyunda karyerasında DÇ çərçivəsində ilk het-trikini rəsmiləşdirib./report

İcmal.Az

RƏYLƏR