Ronaldodan sonra "Real"ın daha bir ulduzu İtaliyada

OXUNUB: 1359 İDMAN
Kriştiano Ronaldodan sonra "Real"ın daha bir ulduzu İtaliya A Seriyasına transfer olunur.


"Napoli"nin yeni baş məşqçisi Karlo Ançelotti Madrid klubunda rəhbərliyi altında oynamış Kərim Benzemanı istəyir.
 


İddialara görə, klub rəhbərliyi fransız ulduz üçün 45 milyon avro ödəməyə hazırdı. "Real"a rəhbərliyi dövründə Benzema ilə yaxşı müasibəti olan Ançelotti onu yeni komandasına gəlməyə razı salacağına inanır.


Qeyd edək ki, "Real" Benzemanı 2009-cu ildə "Lion"dan 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. 30 yaşlı forvard Madrid klubunda 413 oyun keçirərək 192 qol vurub.

 
İcmal.Az

RƏYLƏR