Ronaldonun transferi BU TARİXDƏ rəsmən açıqlanacaq - İtaliyadakı evinin FOTOLARI yayıldı

OXUNUB: 57 İDMAN

İtaliya və İspaniya mətbuatında yayılan xəbərlərə görə "Yuventus” Ronaldo transferində xoşbəxt sonluq əldə edib.

 İspaniya mətbuatı Ronaldonun İtaliyada yaşayacağı evin fotolarını belə yayıb.

"Goal.com”un xəbərinə görə, "Yuventus” illik 30 milyon avro təklif etdiyi portuqaliyalı ulduzun transferini bitirmək üzrədir və tərəflər 4 illik müqavilə imzalayacaq.

Turin klubu transfer qarşılığında "Real”a 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Real” isə 120 milyon avro tələb edir.

Uşaqlığından bəri "Yuventus”a qarşı simpatiya bəsləyən Ronaldo "Real Madrid” forması ilə bu kluba qol vurduqdan sonra da simpatiyasını gizlətməyib.

İtaliyanın "Sportmediaset” nəşri Ronaldo transferinin şənbə günü açıqlanacağını bildirib. İspaniyanın "AS” nəşri isə Ronaldonun Turində yaşayacağı malikanənin fotolarını yayıb. Xəbərə görə, ulduz 1000 kv/km köşkdə yaşayacaq. Köşkün 3 qonaq otağı, 8 yataq otağı var.

"Real Madrid” bu il Çempionlar Liqasında üst-üstə 3-cü qalibiyyətini alsa da, klubun ulduzu Kriştiano Ronaldonun verdiyi ayrılıq siqnalları gündəmə damğa vurmuşdu. Ronaldonun "Real Madrid”in yeni mövsümün forma təqdimatında iştirak etməməsi də bu iddiaları gücləndirmişdi. Bundan sonra "Yuventus” ilə Ronaldonun meneceri Xorxe Mendesin görüşdükləri irəli sürülmüşdü./publika

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}