Ronaldu ardıcıl 12-ci oyunda fərqlənib və öz rekordunu təkrarlayıb

OXUNUB: 871 İDMAN

Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə "Atletik Bilbao"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

İcmal.Az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldunun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.

 

 

İcmal.Az

RƏYLƏR