Ronaldu İtaliyaya köçməyə hazırlaşır

OXUNUB: 955 İDMAN

Madridin "Real” klubunun hücumçusu Kriştianu Ronaldu İtaliya "Yuventus”una transfer olunacağı təqdirdə yaşamaq üçün Turində ev axtarışlarına başlayıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Marca” nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu İspaniyanın paytaxtında ailəsi ilə birlikdə xoşbəxt yaşayır. Ancaq "Real” rəhbərliyi ilə münasibətlər onu gələcək barədə düşünməyə vadar edib. 

Ronaldu karyerasını "Yuventus”da davam etdirə bilər. "Qoca sinyora” bu transferə görə 400 milyon avrosundan keçməyə hazırdır. 

"Real” Ronaldunu 120-150 milyon avroya satmağa hazırdır, bununla Portuqaliyanın illik gəliri 30 milyon avro ola bilər. 

İcmal.Az

RƏYLƏR