Ronaldu ömrünün 5 ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər — ŞOK İTTİHAM

OXUNUB: 993 İDMAN
"Real Madrid" futbol klubunun hücumçusu Ronaldu həbs edilə bilər.


Portuqaliya yığmasının hücumçusu vergidən yayınmaqda ittiham edilir. Söhbət 14.7 milyon avrodan gedir.
 
Prokurorluğun məlumatına əsasən, Ronaldu 2010-cu ildə qurulmuş şirkətdən istifadə edərək gəlirini gizlədib. İspaniyanın maliyyə nazirliyi vergi xidmətinin futbolçunun ünvanına səsləndirdiyi ittihamı dəstəkləyib.
 
Əgər məhkəmədə Ronaldunun 2011-2014-cü illər ərzində 15 milyon avrodan çox vergi ödəmədəyi məlum olsa, onu 5 illik həbs cəzası gözləyir./olke.az
 
İcmal.Az

RƏYLƏR