Ronaldu saniyədə 1 avro maaş alacaq - VİDEO - FOTO

OXUNUB: 1359 İDMAN

Keçidlə bağlı qərar vermək mənim üçün çətin olmadı. "Yuventus" dünyanın ən yaxşı klublarından biridir. Bu klubun əla məşqçisi, prezidenti var. Turin möhtəşəm şəhərdir.

İcmal.Az European-a istinadən bildirir ki, portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldu dünən İtaliyanın Turin şəhərində, "Yuventus" klubunun bazasında keçirilmiş mətbuat konfransında belə deyib.

33 yaşlı futbolçunun sözlərinə görə, artıq tibbi müayinədən keçib.

İyulun 10-da İspaniyanın "Real" (Madrid) klubu portuqaliyalı futbolçunun Madridi tərk etdiyini bəyan edib.

"Kral klubu" Ronaldunun transferinə görə "qoca sinyora"dan təzminat kimi 100 milyon avro alıb. Bundan başqa, FİFA reqlamentinə uyğun olaraq italyanlar "Real"a əlavə olaraq 12 milyon avro ödəyəcəklər.

"Yuventus"da Ronaldu ayda 30 milyon avro maaş alacaq. Bu isə Ronaldunun meydanda olduğu müddət üçün 1 saniyəyə 1 avro deməkdir.

 

Müqavilə 4 il müddətinə imzalanıb.

"Real"ın heyətində oynadığı 9 il ərzində Ronaldu 19 trofey, o cümlədən 4 Çempionlar Liqası kubokunu qazanıb.

438 matçda 451 qol vurmuş Ronaldu "kral klubu"nun tarixində ən yaxşı bombardirdir.

İcmal.Az

Ronaldu saniyədə 1 avro maaş alacaq

Ronaldu saniyədə 1 avro maaş alacaq - VİDEO - FOTO

RƏYLƏR