Roza Zərgərlinin daha bir yalanı üzə çıxdı - FOTOFAKT

OXUNUB: 1051 ŞOU-BİZNES

Roza Zərgərlinin daha bir yalanı üzə çıxdı. Tələbəlik illərində məşhur ayaması ilə tanınan müğənni bu günlərdə evli olduğunu qabardır. Heç kimin tanımadığı "həyat yoldaşı"ndan danışmağı çox sevən Roza Zərgər qızı Allahverdiyeva həyatında bir dəfə evli olub. Gəncə məhkəmələrinin birində məhz qarşı tərəfin tələbi ilə pozulan nikahdan sonra o, bir daha heç kimlə kəbin kəsdirməyib.

Ancaq buna baxmayaraq, sponsorunun (el arasında bu sözə "saxlayan" deyilir) həyat yoldaşı olduğunu iddia edir. Əlahəzrət fakt, yəni, Roza xanımın bir neçə ay öncə dəyişdirdiyi şəxsiyyət vəsiqəsi isə sübut edir ki, Roza Allahverdiyeva hələ də subaydır.

 

Baxmayaraq ki, Rozanın israrla "həyat yoldaşımdır" dediyi həmin şəxs başqa bir xanımla evlidir. Həm də çox tanınmış icra başçılarından birinin kürəkənidir. Prokurorluq sistemində çalışan "həyat yoldaşı"nın yardımı ilə kliplər çəkdirən, "gəlin köçürən" Roza Allahverdiyeva həm də "ər"indən məhkəmədə jurnalistlərə qarşı istifadə edir. Belə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən həmin şəxs (adı bizə məlumdur) məhkəmələrə təsir göstərərək, Roza Allahverdiyevanın reputasiyasını qorumağa çalışır.

Ancaq nə vaxta qədər cidanı çuvalda saxlamaq mümkün olacaq?..

Roza Zərgərlinin daha bir yalanı üzə çıxdı - FOTOFAKT

İcmal.Az

RƏYLƏR