Ruhani Trampı bütün prezidentlərin “ən qəddar”ı adlandırdı

OXUNUB: 635 DÜNYA

Donald Tramp 1979-cu ildə İran İslam Respublikası yarandığından bəri olan ABŞ prezidentləri arasında "ən qəddar”ıdır.

İcmal.Az "Mehr” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. 

"İslam inqilabı vaxtında və bu günə qədər bütün ABŞ hökuməti İran xalqının düşməni olub. Hazırkı ABŞ prezidenti ən pis, ən şərəfsiz və ən qəddarıdır”, - Ruhani əlavə edib. 

O qeyd edib ki, İran Vaşinqtonun Tehrana qarşı planlarından xəbərdardır. 

"Tarixdə ilk dəfə BMT İranın uranın dinc məqsədlər üçün zənginləşdirdiyini etiraf etdi”, - o bildirib. 

İcmal.Az

RƏYLƏR