Ruhaninin Bakıya səfərinin tarixi məlum olub

OXUNUB: 571 SİYASƏT

İran prezidenti Həsən Ruhani bu ilin mart ayında Azərbaycana səfər edəcək.

İcmal.Az-ın xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.

Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə, səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq. 

İcmal.Az

RƏYLƏR