Ruhidən kişilərə ÇAĞIRIŞ – FOTO

OXUNUB: 859 ŞOU-BİZNES

Dünən Beynəlxalq Muğam Mərkəzində "Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” adı altında sosial aksiya baş tutub.

Aksiya Azərbaycaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə baş tutub. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, incəsənət xadimləri də iştirak ediblər.

Mərasim başlamazdan əvvəl qadın zorakılığı ilə bağlı videoçarx yayımlanıb və tədbir iştirakçılarına qadın zorakılığının səbəbləri və ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır. Cinsi zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimayyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir.

Ruhi Əliyeva çıxışında hər kəsi qadın zorakılğına son verməyə səsləyib. O, sosial səfir, eyni zamanda aksiyanın təşəbbüskarı olaraq qadına mərhəmət, nəvaziş göstərməyi aşılayaraq zorakılığı qınayıb:

"Bu gün mənim üçün həqiqətən də ağır gündür. Çünki aksiyamız qadın zorakılığına həsr edirlib. Bilirəm ki, burada əyləşən xanımların hər birinin ürəyində bu ağrı var. Heç bir qadın deyə bilməz ki, mən zorakılığa məruz qalmamışam. Zorakılıq dedikdə sadəcə döyülmək, söyülmək və əzilmək nəzərdə tutulmur. Mən psixoloji sarsıntı keçirmişəm. Buna baxmayaraq bu gün ayaqdayam, övladlarımın yanındayam. Həmçinin qadınlara da dəstək oluram. Qadınlara qarşı törədilən cinayət xəbərlərini oxuyanda hönkür-hönkür ağlayıram. Bunların qarşısını almaq laızmdır. Günahı təkcə kişilərin üstünə atmaq da lazım deyil, bəzən qadın qadına zorakılıq tətbiq edir. Qayınana gəlinini döyür, baldızlar isə evdə gəlinə zülm edir. Boşanmış qadına da cəmiyyətdə pis baxılır, mentalitetimizə yaraşdırılmır”.

Ruhi Əliyeva qızların çox gənc yaşda məcburən ərə verilməsi məsələsinə də diqqət çəkib:

"Erkən yaşda nikaha daxil olan xanımların çoxu öz hüquqlarını bilmir, tez-tez bu cür telelayihələr hazırlamalıyıq ki, qadınlarımızı maarifləndirə bilək. Ən böyük arzularımdan biri də gələcəkdə qadın sığınacağı açmaqdır, çox istərdim ki, bu, dövlətimin dəstəyi ilə həyata keçsin. Çünki şiddətə məruz qalmış, ailəsi dağlan qadınları heç kim yaxşı qarşılamır. Bunları nəzərə alaraq hər birimiz onlara dəstək olmalıyıq".

R.Əliyeva Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qadınların ən böyük dəstəkçilərindən olmasını xüsusi vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyeva öz çıxışlarında daim bu mövzuya yer ayırıblar".

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov bildirib ki, bu gün dünya ölkələrində, eləcə də Azərbaycanda zorakılığa məruz qalan qadınlar arasında insan alveri qurbanları da var: "İnsan alveri qurbanlarına çevrilən qadınların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmaması üçün sahibkar qadınlar fəallıq nümayiş etdirirlər".

Tədbirin bədii hissəsində Xalq artisti Samir Cəfərov və müğənni Elton Hüseynəliyevin ifaları səsləndirilib. Həmçinin Azərbaycan Dövlət Pantomima Teatrının qadın zorakılığına qarşı mini-tamaşası nümayiş olunub./publika

İcmal.Az

RƏYLƏR