Rus kəşfiyyatçıları Ermənistana girdi - DAĞLARDA DÖYÜŞ

OXUNUB: 523 DÜNYA
Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşdirilən bazasında kəşfiyyatçılar döyüş təlimlərinə başlayıb.

Rus kəşfiyyatçılar dağlarda şərti təxribat qrupu ilə döyüşüblər.

Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev bildirib ki, "Kamxud” yüksək dağ poliqonunda keçirilən təlimdə kəşfiyyatçılar şərti düşməni mühasirəyə alma, qarda xizəklərlə yerdəyişmə, təxribat qrupunu məhvetmə kimi elementləri yerinə yetirirlər.

Təlimlər dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə aparılır./publika

İcmal.Az

RƏYLƏR