Rus mediası Putinin Ərdoğanı dəhlizdə gözlətdiyi anın kadrlarını yaydı – VİDEO

OXUNUB: 468 DÜNYA SİYASƏT
Rusiyanın dövlət telekanalı "Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.
7NEWS.az xəbər verir ki, telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. V. Putinlə aparılan danışıqlar nəticəsində İdlibdə atəşkəs qərara alınıb.
"Rossiya-1” telekanalının hazırladığı həmin reportajı təqdim edirik:

RƏYLƏR