Rus qızını Seyşel Adalarındakı 5 ulduzlu oteldə zorladılar - Dəhşətli hadisə

OXUNUB: 1193 DÜNYA

Rus qadın dünyada məşhur turizm zonalarından biri olan Seyşel Adalarındakı 5 ulduzlu oteldə zorlanıb.

Anna adlı Rusiya vətəndaşı məşhur "Seyşel” otelində istirahət edən zaman, mehmanxananın işçisi tərəfindən cinsi təcavüzə məruz qalıb. Qadın axşam saatlarında oteldəki otağına gedib. İşığı söndürüb əyatağa uzanıb. Bir müddət sonra yuxaya gedən qadın, sonradan yanında kiminsə olduğunu hiss edib.

"Gözlərimi açanda qara dərili bir kişi mənim üstümdə idi. Bir əlilə ağzımı tutmuşdu. Digər əlində bıçaq vardı. Ona müqavimət göstərmək istəyəndə məni boğmağa başladı”, - deyə Anna bildirib.

Rus qadın çarəsiz qalaraq kişiyə müqavimət göstərməyib. Qara dərili adam rus qadını təxminən 3 saata qədər zorlayıb. Ona seksual xarakterli hərəkətlər edib.

Sonradan həmin adam otaqdan çıxaraq qaçıb. Qadın dərhal mehmanxana rəhbərliyinə şikayət edib. İlk əvvəl onun şikayətini otelin icraçı direktoru dinləyib. Bir qədər sakitləşməsini istəyib. Bildiriblər ki, gecə olduğu üçün otelə polis çağırmaq yaxşı deyil. Səhər açılanda polisə xəbər verəcəklər.

"Səhər saat 10-da yuxudan oyanan kimi otel rəhbərliyinin yanına getdim. Direktor məni görəndə bildirdi ki, elə indicə hadisə barədə polisə məktub yazacaqlar. Bir müddət keçsə də, polis çağırmadılar. Mən buna etiraz edəndə isə otel rəhbəri bildirdi ki, günah mənim özümdədir. Onlar dedilər ki, həmin şəxsi mən özüm içəri buraxmışam. Onunla könüllü şəkildə cinsi əlaqədə olmuşam Bilmirəm niyə, həmin şəxsi müdafiə etdilər”, - deyə qadın bildirib.

Sonradan məsələyə Annanın həmin oteldə istirahət edən rəfiqəsi Olqa qarışıb. Otel rəhbərliyi məcbur olaraq polis çağırıblar:

"Polislər çağırışdan 15 dəqiqə sonra gəldilər. Onlarm əni və rəfiqəmi bölməyə apardılar. Hadisəni araşdırmağa iki polis qadın cəlb etdilər. Mən bütün günü ərizə yazmaqla, hadisəni dəfələrlə danışmaqla keçirdim”.

İstirahət etməyə gedərək zorlanan qadın bir neçə gündən sonra Rusiyaya qayıdıb.

"Moskvaya qayıdandan sonra həkimə getdim. Müayinə olunduqdan sonra mənə SPİD virusu keçdiyini dedilər. Hazırda xəstəliyin ilkin mərhələsində olduğu üçün müaliələrə başlamışam. Bildirdilər ki, həmin virus çox ehtimal məni zorlayan şəxsdən keçib. Əgər polisdə məni müayinə etsəydilər məsələ barədə bilərdilər. Bu zaman mənə virus əleyhinə iynə vurulsaydı, xəstəlik qanıma keçməzdi”, - deyə Anna şikayətlənib.

Hazırda qadın "Seyşel” otelinin rəhbərliyini beynəlxalq məhkəməyə verməyi və təzminat tələb etməyi düşünür. / Ölkə.az

 İcmal.Az


RƏYLƏR